BAKI, 27 sentyabr — Sputnik. ABŞ Gizli Xidməti Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Trampın həyatına ikinci cəhddən sonra onu qorumaq üçün gücləndirilmiş tədbirlər görür.
Bu barədə "NBC News" departament rəsmisinə istinadən xəbər verib.
"Son hadisələri nəzərə alaraq, Məxfi Xidmət keçmiş prezidenti qorumaq üçün gücləndirilmiş tədbirlər görür" - telekanal rəsmidən sitat gətirib.
Kanalın qeyd etdiyi kimi, yeni tədbirlərin ilkin işartılarını bazar ertəsi Tramp Pensilvaniya ştatında təyyarədən enəndə və Məxfi Xidmət agenti onu izlədiyi zaman görmək mümkün olub.
Xatırladaq ki, son aylarda Trampa qarşı iki sui-qəsd cəhdi edilib: iyulda cinayətkar siyasətçini avtomat tüfənglə qulağından yaralayıb, sentyabrda başqa bir silahlı şəxs keçmiş prezidentin mülkünə yaxınlaşıb və həbs olunub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.