NEFT-QAZ
Neft, qaz, bütövlükdə energetika sahəsinə aid xəbərlər və məqalələr

Səudiyyə Ərəbistanın hasilatı artıracaq xəbəri nefti ucuzlaşdırır

Neft qiymətləri sessiyanın əvvəlində yüksəlib, çünki ABŞ-də yanacağa tələbatın artması və ehtiyatların azalması əlamətləri, xüsusən də Çində qlobal tələb perspektivləri ilə bağlı narahatlıqları örtüb.
Sputnik
BAKI, 26 sentyabr — Sputnik. Dünya bazarlarında neft qiymətləri ucuzlaşır. Çünki əsas ixracatçı Səudiyyə Ərəbistanın hasilatı genişləndirməyə hazırlıq görməsi xəbəri bazara təsir göstərib.
"Brent" markalı neft 55 sent ucuzlaşaraq 72,91 dollara, ABŞ-nin Qərbi Texas nefti 55 sent ucuzlaşaraq 69,14 dollara düşüb.
"Azeri Light" markalı Azərbaycan nefti 27 sent azalaraq 77,94 dollar təşkil edib.
"Financial Times" xəbər verir ki, Səudiyyə Ərəbistanı hasilatı artırmağa hazırlaşdığı üçün qeyri-rəsmi 100 dollar/barel qiymət hədəfindən imtina etməyə hazırlaşır.
Neft qiymətləri sessiyanın əvvəlində yüksəlib, çünki ABŞ-də yanacağa tələbatın artması və ehtiyatların azalması əlamətləri, xüsusən də Çində qlobal tələb perspektivləri ilə bağlı narahatlıqları örtüb.
Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 75 dollardan hesablanıb.
"Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.