VİDEO

Ermənistan sülhdən danışır, əslində isə Fransa və Hindistandan silah alır - Politoloq

Ermənistan Xarici İşlər Nazirliyinin rəhbəri bildirib ki, Yerevan Bakı ilə sülh müqaviləsi imzalamağa hazırdır. Erməni tərəfi sazişin 13 bəndindən niyə danışır və daha nələri razılaşdırmaq lazımdır - bu barədə videomuza baxın.
Sputnik
BAKI, 26 sentyabr - Sputnik. Ermənistan özünü sülh gündəmini təbliğ edən ölkə kimi təqdim edir, amma reallıqda aktiv şəkildə silahlanır. Bunu "Sputnik Azərbaycan"a açıqlamasında politoloq İlyas Hüseynov deyib.
"Bu, təşviş doğurur və onu deməyə əsas verir ki, erməni tərəfinin mehriban qonşuluq münasibətləri qurmaq və regionda təhlükəsizliyi gücləndirmək niyyəti və ya istəyi yoxdur", - politoloq bildirib.
Ekspert vurğulayıb ki, Ermənistan Konstitusiyasında Azərbaycan və Türkiyəyə qarşı ərazi iddiaları var.
Onun sözlərinə görə, əsas qanuna dəyişikliklər edilməyincə, sülh müqaviləsinin imzalanmasından danışmağın mənası yoxdur.
"Ermənistanın sülh müqaviləsinin yalnız giriş hissəsini və razılaşdırılmış bəndləri nəzərə alaraq, rəsmi İrəvanın "yarımçıq sülh müqaviləsi" imzalamaq istədiyini deməyə əsas verir", - Hüseynov sözünü yekunlaşdırıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.