DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Zelenski BMT Təhlükəsizlik Şurasının iclasında Rusiya ilə danışıqların əleyhinə çıxış edib

Zelenski Rusiya Prezidenti Vladimir Putinlə münaqişənin həlli məsələsində dialoqa təkid edənləri də tənqid edib.
Sputnik
BAKI, 25 sentyabr — Sputnik. Ukrayna lideri Vladimir Zelenski BMT Təhlükəsizlik Şurasının iclasında çıxış edərək, Ukraynadakı münaqişənin həlli üçün Rusiya ilə danışıqlar ideyasına qarşı çıxıb.
"Aif.ru" saytı bu barədə yazıb.
O qeyd edib ki, vəziyyəti danışıqlar yolu ilə həll etmək olmaz, lakin konkret addımlar atılmalıdır. Onun sözlərinə görə, Rusiyanı sülhə məcbur etmək olar, lakin o, hansı tədbirləri təklif etdiyini dəqiqləşdirməyib.
Zelenski Rusiya Prezidenti Vladimir Putinlə münaqişənin həlli məsələsində dialoqa təkid edənləri də tənqid edib. Siyasətçi çıxışında yenidən nizamlanma vasitəsi kimi özünün "sülh formuluna" diqqət çəkib.
Bundan əlavə, Ukrayna prezidenti böhranın həlli yollarını tapmaq üçün Çin, Braziliya, Asiya dövlətləri, Latın Amerikası və ABŞ kimi ölkələrin iştirakı ilə ikinci sülh sammitini təşkil etməyə çağırıb.
Daha əvvəl bildirilmişdi ki, Qərb rəsmiləri Ukrayna Prezidenti Vladimir Zelenskinin qondarma "qələbə planı"nı irəliləyiş hesab etmir və hətta münaqişənin həlli üçün Rusiya dövlətinin başçısı Vladimir Putinlə birbaşa əlaqə saxlamağı planlaşdırırlar.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.