Qarabağın dirçəlişi və reinteqrasiyası

Qarabağ Universitetinin yeni loqosu nəyi ifadə edir? FOTO

Loqonun ideya müəllifi Abdulxaliq Məmmədlidir.
Sputnik
BAKI, 25 sentyabr — Sputnik. Xalq seçimlərindən sonra Qarabağ Universitetinin loqosunu təqdim olunub. Universitetdən bildirilib ki, loqonun ideya müəllifi Abdulxaliq Məmmədlidir. Loqo ilk baxışda güc simvolu hesab edilən qalxanı xatırladır. K və U hərfləri Universitetin ingilis dilində adını, bu hərflərin birləşməsindən formalaşan yuxarı yönəlmiş ox isə Universitetin daimi inkişafını ifadə edir.
Xatırladaq ki, Prezident İlham Əliyev noyabrın 28-də Xankəndidə Qarabağ Universitetinin yaradılması barədə sərəncam imzalayıb.
Mayın 22-də Qarabağ Universitetinin rektoru vəzifəsinə təyin edilmiş Şahin Bayramov Elm və Təhsil Nazirliyinin heyətinə təqdim olunub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.