RUSİYA

Putindən pozitiv mesajlar

BRİKS 2006-cı ildə yaradılmış dövlətlərarası birlikdir. Rusiya 2024-cü il yanvarın 1-dən təşkilatın sədri postunu tutur.
Sputnik
BAKI, 25 sentyabr — Sputnik. BRİKS ölkələrinin dünya iqtisadiyyatına verdiyi töhfə artıq G7-dən çoxdur və artmaqda davam edir.
Bunu Rusiya Prezidenti Vladimir Putin deyib.
"Artıq BRİKS ölkələrinin dünya iqtisadiyyatına töhfəsi G7 ("böyük yeddiki") adlanan ölkələrin payını üstələyir və bu tendensiya artmağa davam edir" – Putin Rusiya Dövlət Şurasının Rəyasət Heyətinin ixracın inkişafı məsələsi üzrə geniş iclasında bildirib.
"BRİKS, bu təşkilatın yeni üzvlərini nəzərə almasaq, 1992-ci ildə dünya ÜDM-də payı 16,7%, G7-də 30,5% idi... 2022-ci ildə isə G7-də 30,5%, BRİKS-də 31,4%, 2028-ci il üçün proqnoz BRİKS - 33,8%, G7-də - 27,9%. Belə bir tendensiya var və o, davam edir" - Rusiya Federasiyasının Prezidenti bildirib.
Xatırladaq ki, BRİKS 2006-cı ildə yaradılmış dövlətlərarası birlikdir. Rusiya 2024-cü il yanvarın 1-dən təşkilatın sədri postunu tutur. Rusiya Federasiyasından başqa, Braziliya, Hindistan, Çin və Cənubi Afrika, 2024-cü ilin əvvəlindən Misir, Efiopiya, İran, BƏƏ və Səudiyyə Ərəbistanı BRİKS-ə qoşulublar. Rusiyanın BRİKS-ə sədrliyi ədalətli qlobal inkişaf və təhlükəsizlik üçün çoxtərəfliliyin gücləndirilməsi şüarı altında keçirilir. Rusiya Federasiyası özünün sədrliyi çərçivəsində 200-dən çox siyasi, iqtisadi və sosial tədbirlər təşkil edir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.