DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

NATO Arktikada Rusiyanı izləmək üçün mərkəz yaratmağı planlaşdırır

NATO obyektinin rəsmi vəzifəsi "alyansın regionda vəziyyətlə bağlı məlumatlılığını artırmaq", qeyri-rəsmi isə Rusiyanın Şimal Donanması və sahil infrastrukturunu izləmək, habelə Şimal Dəniz yolunun havadan müşahidəsini aparmaqdır.
Sputnik
BAKI, 28 sentyabr — Sputnik. ABŞ hərbçiləri Skandinaviya ölkələrindən birində Arktikada NATO-nun hava əməliyyatları üçün birgə idarəetmə mərkəzi açmağı planlaşdırır.
Bu fikri "RİA Novosti" səsləndirib və belə bir qərarın yeni gərginlik nöqtəsinin yaranmasına səbəb ola biləcəyini vurğulayıb.
Bu təşəbbüs artıq ABŞ-ın Avropa Komandanlığının rəhbəri və Müttəfiq Qüvvələrin Avropadakı Ali Baş Komandanı general Kris Kavoli tərəfindən təsdiqlənib.
Potensial idarəetmə mərkəzinin koordinatları barədə hələlik məlumat verilmir. Bununla belə, Hərbi Hava Qüvvələrinin komandanı general Ceyms Heker yeni layihə ilə bağlı söhbətində təsadüfən Finlandiya və İsveçin NATO-ya qoşulmasını xatırladıb.
"RİA Novosti"nin qeyd etdiyi kimi, hazırda NATO obyektinin rəsmi vəzifəsi "alyansın regionda vəziyyətlə bağlı məlumatlılığını artırmaq", qeyri-rəsmi isə Rusiyanın Şimal Donanması və sahil infrastrukturunu izləmək, habelə Şimal Dəniz yolunun havadan müşahidəsini aparmaqdır.
Bundan əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov anqlosaksların müxtəlif vaxtlarda Rusiya ilə təkcə soyuq müharibəyə deyil, həm də qaynar müharibəyə başlamağa hazır olduğunu bildirib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.