FOTO
Dünyanın ən yaddaqalan hadisələri, olay yerlərindən kadrlar, aktual fotoreportajlar Sputnik Azərbaycan-ın xüsusi süjetində

Azərbaycan günəşin tutulmasını müşahidə edə biləcəkmi?

Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrası ilin ikinci Günəş tutulması hadisəsinin vaxtını açıqladı.
Sputnik
BAKI, 25 sentyabr - Sputnik. 2024-cü ilin ikinci Günəş tutulması oktyabrın 2-də baş verəcək. Bu barədə Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından məlumat verilib.
Bildirilib ki, tutulma halqavari Günəş tutulmasıdır. Ay Yerdən daha uzaq məsafədə olduqda bucaq ölçüsü Günəşin bucaq ölçüsündən kiçik olduğuna görə tutulma zamanı Ay Günəşin səthini tam bağlamır və Ayın ətrafında parlaq həlqə yaranır. Ona görə bu zaman baş verən tutulma halqavari Günəş tutulması adlanır.
Məlumata görə, tutulma hadisəsi oktyabrın 2-də Bakı vaxtı ilə saat 19:42:47-də başlayacaq və 3 oktyabr saat 01:46:47-də sona çatacaq. Tutulmanın maksimumu 2 oktyabr saat 22:44:51-də olacaq. Tutulma hadisəsi 6 saat 4 dəqiqə davam edəcək. Tam tutulma oktyabrın 2-si saat 20:50:24-də başlayıb, oktyabrın 3-ü saat 00:39:04-də başa çatacaq. Tam tutulma prosesi 3 saat 48 dəqiqə 40 saniyə davam edəcək. Halqavari Günəş tutulması Çili və Argentinanın cənubunda müşahidə olunacaq.
Ən azından qismən tutulma görən ölkələr Şimali Amerikanın cənubu, Cənubi Amerikanın böyük hissəsi, Sakit və Atlantik okeanlar, Antarktida olacaq. Tutulma Azərbaycandan müşahidə olunmayacaq.
09.04.24, 12:50
Mistik anlar: İlin ilk tam Günəş tutulması
Dünən son illərin ən möhtəşəmlərindən biri olan tam Günəş tutulması baş verib. Tutulma Sakit okeanın şərq hissəsindən başlayıb. Tam faza Bakı vaxtı ilə saat 22:38-də əldə olunub.
Aydan gələn kölgə şimal-şərqə doğru hərəkət edib və Meksika və ABŞ-ı boyu diaqonal olaraq - Texas, Arkanzas, Missuri, İndiana ştatlarından keçib. Sonra isə o, Kanadanın şərq sahilləri boyunca "yürüyüb".
1 / 16

Tam Günəş tutulması, Men ştatında.

2 / 16

Tam Günəş tutulması, ABŞ.

3 / 16

Tam tutulma zamanı Günəş partlayışları.

4 / 16

Tam Günəş tutulması, Nyu-York.

5 / 16

Tam Günəş tutulması zamanı Günəşdəki ləkələr.

6 / 16

Klivlend sakini tam Günəş tutulmasını izləyir.

7 / 16

Tam Günəş tutulması, ABŞ.

8 / 16

Tam Günəş tutulması, Vaşinqton.

9 / 16

Tam Günəş tutulması, Meksika.

10 / 16

Tam Günəş tutulmasından sonra Fort-Uert zooparkının zooparkındakı qorilla, ABŞ, Texas ştatı.

11 / 16

Günəş tutulması zamanı Ay Günəşin bir hissəsini tutmağa başlayır, Viqo, İspaniya.

12 / 16

Tam Günəş tutulması, Vaşinqton.

13 / 16

Tam Günəş tutulması zamanı Ay Günəşin yanından keçir, ABŞ, Texas ştatı

14 / 16

Gəlin və bəy tam Günəş tutulması zamanı da rəqs edirlər, ABŞ, Ohayo ştatı.

15 / 16

İnsanlar günəş tutulmasına baxırlar, ABŞ.

16 / 16

Tam Günəş tutulmasının ilkin mərhələsi, Texas, ABŞ.

Tutulmanın maksimum fazasının ümumi müddəti 268 saniyə təşkil edib – bu, 2017-ci ildə ABŞ üzərindəki tutulmadan, təxminən iki dəqiqə çoxdur.
Bu dəfəki Günəş tutulması 2024-cü ilin aprelində Ayın öz orbitində Yerə nisbətən yaxın bir nöqtədə olması ilə əlaqədardır və buna görə də o, xüsusilə böyük görünüb.
FOTO
Nadir hadisə: Günəş tutulması dünyada necə müşahidə edildi
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.