DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Çin qitələrarası ballistik raket buraxıb

Çinin Müdafiə Nazirliyi raketin dənizdə planlaşdırılan zonaya düşdüyünü açıqlayıb.
Sputnik
BAKI, 25 sentyabr — Sputnik. Çin Xalq Azadlıq Ordusunun raket qüvvələri Sakit okeanın açıq suları istiqamətində döyüş başlıqlı qitələrarası ballistik buraxıb.
Çinin Müdafiə Nazirliyi raketin dənizdə planlaşdırılan zonaya düşdüyünü açıqlayıb.
Nazirlik sınaq buraxılışının illik təlim planına uyğun icra edildiyini, beynəlxalq hüquqa və beynəlxalq təcrübəyə uyğun olduğunu, heç bir ölkəyə və ya obyektə qarşı yönəlmədiyini bəyan edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.