BAKI, 25 sentyabr — Sputnik. Sabah Cəbrayı şəhərinə ilk köç olacaq. Sputnik Azərbaycan-a Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən bildirilib ki, Böyük Qayıdış çərçivəsində 36 ailə 117 nəfər sabah Cəbrayıla köçəcək.
Qeyd edək ki, Cəbrayıl rayonu 1993-cü il avqustun 23-də Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilib. İkinci Qarabağ müharibəsi zamanı Azərbaycan ordusu 2020-ci ilin oktyabrın 4-də Cəbrayıl şəhərini işğaldan azad edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.