BAKI, 25 sentyabr — Sputnik. Türkiyədə ticarətin inkişafına mane olan Rusiyaya qarşı birtərəfli sanksiyalar yanlış hesab olunur, Türkiyə-Rusiya işgüzar münasibətləri sanksiya məhdudiyyətlərinə baxmayaraq inkişaf edir.
Bu barədə "RİA Novosti" Türkiyə parlamentinin spikeri Numan Kurtulmuşun söylədiklərinə istinadən xəbər verib.
"Təbii ki, sanksiyalar sahibkarların iqtisadi əlaqələrini inkişaf etdirməyə mane olur, lakin buna baxmayaraq, bu münasibətlər inkişaf edir. Bildiyiniz kimi, biz sanksiyaların heç birində iştirak etmirik və bu birtərəfli sanksiyaları yanlış hesab edirik, çünki onlar iqtisadi və ticarət əlaqələrinin inkişafına ciddi maneədir", - spiker Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşdə bildirib.
Numan Kurtulmuş Türkiyə ilə Rusiya arasında münasibətlərin bütün sahələrdə inkişaf etdiyini də ayrıca qeyd edib.