PAYTAXT XƏBƏRLƏRİ

28 May küçəsindəki taksi dayanacağı ləğv edildi - VİDEO

AYNA bəyan edib ki, avtobusların zolaqla hərəkətinin təmin olunması üçün zəruri infrastruktur qurulur.
Sputnik
BAKI, 25 sentyabr — Sputnik. 28 May küçəsində aparılan təmirdən sonra təşkil edilmiş yeni taksi dayanacağı ləğv edilib. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.
Bildirilib ki, sözügedən ərazidə nişanlama və xətləmə işləri tam yekunlaşmayıb: "Avtobusların zolaqla hərəkətinin təmin olunması üçün zəruri infrastruktur qurulur. Ərazidə aparılan infrastruktur işləri ilə əlaqədar taksi duracağı ləğv edilib".
Qeyd edək ki, bir neçə aydır paytaxtın küçə və prospektlərində intensiv şəkildə təmir və yenidən xətlənmə işləri aparılır. Bəzi ərazilərdə hərəkətin təşkilində uyğunsuzluq və qeyri-müəyyənlik yaranır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.