DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Polyanski: BMT Baş Assambleyasının diqqət mərkəzində Qəzzadakı müharibə olacaq

Sentyabrın 10-da Nyu-Yorkda BMT Baş Assambleyasının 79-cu sessiyası işə başlayıb. Rusiyanın xarici işlər naziri Sergey Lavrov sentyabrın 28-də çıxış edəcək.
Sputnik
BAKI, 24 sentyabr — Sputnik. Bu həftə keçiriləcək ümumi müzakirələr zamanı Yaxın Şərqdəki böhranlar, xüsusilə də Qəzzadakı müharibə diqqət mərkəzində olacaq.
Bu fikri "RİA Novosti" ilə söhbətində Rusiyanın BMT-dəki daimi nümayəndəsinin birinci müavini Dmitri Polyanski bildirib.
O, qeyd edib ki, bəzi ölkələr diqqəti Ukraynaya yönəltməyə çalışacaq, lakin əsas müzakirə mövzusu yenə də Yaxın Şərq və Qəzza problemləri olacaq.
Xatırladaq ki, sentyabrın 10-da Nyu-Yorkda BMT Baş Assambleyasının 79-cu sessiyası işə başlayıb. Sessiyaların əsas hadisəsi dövlət başçılarının və nazirlərin iştirak etdiyi yüksək səviyyəli həftədir. Bu dəfə illik debat sentyabrın 24-dən 28-dək, həmçinin sentyabrın 30-da keçiriləcək. Rusiyanın xarici işlər naziri Sergey Lavrov sentyabrın 28-də çıxış edəcək.
Bundan əvvəl BMT baş katibinin keçmiş müavini Sergey Orconikidze demişdi ki, "yüksək səviyyəli həftə"də iştirak Rusiya üçün faydalı olacaq.