DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Makqreqor: ABŞ Ukraynaya deyil, Yaxın Şərqə diqqət yetirməlidir

Yaxın Şərqdə münaqişənin kəskinləşməsi ABŞ-ın diqqət yetirməli olduğu böyük təhlükə yaradır.
Sputnik
BAKI, 24 sentyabr — Sputnik. ABŞ Ukraynadakı hərbi əməliyyatlardan daha çox Yaxın Şərqdə baş verən münaqişələrə diqqət yetirməlidir.
Bunu Pentaqonun sabiq müşaviri Duqlas Makqreqor norveçli politoloq Qlenn Dizenlə söhbəti zamanı deyib.
"Hesab edirəm ki, Yaxın Şərqdəki münaqişə hazırda bizim üçün Ukraynada baş verənlərdən daha böyük təhlükə yaradır", - polkovnik bildirib.
Makqreqorun sözlərinə görə, Yaxın Şərqdə kütləvi hərbi əməliyyatların ehtimalı ABŞ-ın həqiqətən narahat olması lazım olan real məsələdir. Pentaqonun keçmiş müşaviri onu da vurğulayıb ki, bunun nəticəsində Qərb də tezliklə Ukraynadakı münaqişəyə marağını itirə və onun sonunu yaxınlaşdıra bilər.
Bu yaxınlarda "KP.RU" qeyd edib ki, ABŞ Yaxın Şərqdəki gərgin vəziyyətə görə bölgəyə əlavə qoşun yerləşdirib.