BAKI, 24 sentyabr — Sputnik. Çexiya Prezidenti Petr Pavel bildirib ki, Ukrayna öz ərazilərinin bir hissəsini itirməsi ilə barışmalıdır.
"The New York Times" bu barədə yazıb.
Siyasətçinin sözlərinə görə, Kiyev və onun tərəfdarlarının "reallığı tanıması və müvafiq qərarlar qəbul etməsinin" vaxtı çatıb.
Pavel hesab edir ki, Ukrayna daha realist olmalıdır. Çexiya liderinin izah etdiyi kimi, münaqişənin ehtimal olunan nəticəsi bəzi ərazilərin Rusiyanın nəzarətində qalması olacaq.
Xatırladaq ki, bu günlərdə Ukraynanın rəhbəri Vladimir Zelenski bir müddət əvvəl Ukrayna münaqişəsinin nəticəsinin yaxın bir neçə ay ərzində müəyyən ediləcəyini bildirmişdi.