DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Burkina-Fasonun baş naziri ölkəsinin BRİKS-ə üzv olmaq arzusunu açıqlayıb

BRİKS 2006-cı ildə yaradılmış dövlətlərarası birlikdir.
Sputnik
BAKI, 24 sentyabr — Sputnik. Burkina-Fasonun Baş naziri Appoliner Kyelem de Tambela Rusiyanın Burkina-Fasodakı səfiri İqor Martınovla görüşdə ölkəsinin BRİKS-ə qoşulmaq istəyini açıqlayıb.
Bu barədə Burkina Faso hökuməti məlumat yayıb.
"O, həmçinin Burkina-Fasonu BRİKS-ə qoşulmağa çağırıb... "dolların və avronun hökmranlığı ilə mübarizə aparmaq" və "daha ədalətli beynəlxalq ticarətə" nail olmaq üçün" - Burkina Faso hökumətinin sosial şəbəkə səhifəsində dərc olunmuş mesajda deyilir.
Xatırladaq ki, BRİKS 2006-cı ildə yaradılmış dövlətlərarası birlikdir. Rusiya 2024-cü il yanvarın 1-dən təşkilatın sədri postunu tutur. Rusiya Federasiyasından başqa, Braziliya, Hindistan, Çin və Cənubi Afrika, 2024-cü ilin əvvəlindən Misir, Efiopiya, İran, BƏƏ və Səudiyyə Ərəbistanı BRİKS-ə qoşulublar. Rusiyanın BRİKS-ə sədrliyi ədalətli qlobal inkişaf və təhlükəsizlik üçün çoxtərəfliliyin gücləndirilməsi şüarı altında keçirilir. Rusiya Federasiyası özünün sədrliyi çərçivəsində 200-dən çox siyasi, iqtisadi və sosial tədbirlər təşkil edir.