CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Tarixdə bu gün: 23 sentyabr – FOTO

Bu gün müxtəlif illərdə dünyada və ölkədə baş verən hadisələr barədə Sputnik Azərbaycan-ın icmalında oxuyun.
Sputnik
BAKI, 23 sentyabr — Sputnik. Sentyabrın 23-də bir çox dünya şöhrətli aktyorlar, alimlər, idmançılar, yazıçılar və siyasətçilər dünyaya gəlib. Bu gün həmçinin tarixə düşən hadisələr də baş verib.
Sentyabrın 23-də kimlər anadan olub?
Firəngiz Əhmədova (1928–2011) - Sovet və Azərbaycan opera müğənnisi, SSRİ Xalq artistidir. O, "Nərgiz", "Şah İsmayıl", "Koroğlu" və başqa operalarda baş rolları ifa edib.
Firəngiz Əhmədova
Romi Şnayder (1938-1982) - alman və fransız kinoaktrisasıdır. O, "Kardinal", "Hovuz" və s. filmlərdə rol alıb.
Romi Şnayder
Xulio İqlesias (1943) - musiqi tarixində ən populyar ispan müğənnisidir. O, kommersiya baxımından ən uğurlu ispandilli ifaçıdır. Onun 300 milyondan çox albomu bütün dünyada satılıb.
Xulio İqlesias
23 sentyabr tarixində dünyada baş verən tarixi hadisələr
1839-cu ildə Moskvada Xilaskar Məsihin Kafedralinin əsası qoyulub.
1846-cı ildə alman astronomu İohann Qalle Günəş sisteminin səkkizinci planetini - Neptunu kəşf edib.
1873-cü ildə Sankt-Peterburqda kerosin lampaları əvəzinə dünyada ilk elektrik lampalar yaradılıb.
1913-cü ildə fransız Rolan Qarros "Morane-Saulnier H" təyyarəsi ilə Fransanın cənubundakı Frejyus şəhərindən Tunisdəki Bizzertaya Aralıq dənizi üzərindən ilk fasiləsiz uçuş edib.
1999-cu ildə Çində tapılmış ən qədim musiqi alətlərinin - yaşı 9000 olan fleytanın aşkarlanması elan edilib.
2017-ci ildən Beynəlxalq Jest Dilləri Günü qeyd edilir.