RUSİYA

"Rosoboroneksport"un rəhbəri: "Lancet"in xarici premyerası "ADEX 2024" sərgisində olacaq

"Rosoboroneksport" ("Rostex" dövlət korporasiyasına daxildir) sentyabrın 24-dən 26-dək Bakıda keçiriləcək "ADEX 2024" beynəlxalq müdafiə sənayesi sərgisində birgə Rusiya ekspozisiyasını təşkil edəcək. Sərgidə Rusiyanın 12 şirkəti iştirak edəcək.
Sputnik
BAKI, 23 sentyabr — Sputnik. "Rosoboroneksport" barraj sursatına malik "Lancet-E"ni ilk dəfə olaraq xaricdə - "ADEX 2024" sərgisində nümayiş etdirəcək. Bunu şirkətin baş direktoru Aleksandr Mixeyev bildirib.
"Rosoboroneksport" ("Rostex" dövlət korporasiyasına daxildir) sentyabrın 24-dən 26-dək Bakıda (Azərbaycan) keçiriləcək "ADEX 2024" beynəlxalq müdafiə sənayesi sərgisində birgə Rusiya ekspozisiyasını təşkil edəcək. Sərgidə Rusiyanın 12 şirkəti iştirak edəcək. Onlar bütün növ silahlı qüvvələr, polis və terrorla mübarizə bölmələri üçün məhsullar təqdim edəcəklər.
"Rosoboronexport"un baş direktoru Aleksandr Mixeyev
"Rusiya və Xəzər regionu ölkələri arasında uzunmüddətli mehriban qonşuluq münasibətləri var. Bu, o cümlədən hərbi-texniki əməkdaşlıq sahəsinə də aiddir. Tərəfdaşlarımız Rusiyanın etibarlı və effektiv müdafiə məhsullarına yaxşı bələddir. "ADEX 2024"də "Rosoboronexport" döyüşlərdə sınaqdan keçirilmiş müasir silahların ən populyar nümunələrini nümayiş etdirəcək. Bunların arasında ilk dəfə olaraq Rusiyadan kənarda "Lancet-e" baraj sursatı olan kompleks var" - "Rosoboroneksport"un mətbuat xidməti Mixeyevdən sitat gətirib.
"Rosoboronexport" ekspozisiyasının əsas yeniliyi olan "Lancet-e" kompleksi tankların, piyadaların döyüş maşınlarının, zirehli nəqliyyat-döyüş maşınlarının, mühəndis texnikası, dayaq və komanda məntəqələrinin, aerodromlarda aviasiyanın, radioelektron mübarizə sistemlərinin və pilotsuz uçuş aparatlarının, habelə stasionar və hərəkət edən yerüstü hədəflərə etibarlı şəkildə məhv edilməsini təmin edir. Hərbi əməliyyatların təcrübəsi kompleksə daxil olan barraj döyüş sursatlarının yüksək səmərəliliyini təsdiqləyib.
ADEX-2023 sərgisi
"Məhsul 51-E" və "Məhsul 52-E" əks-batareya mübarizəsində, o cümlədən sürətli yerüstü və sualtı hədəflərin - yolsuzluq və qayıqların məhv edilməsi vasitəsi kimi tətbiq olunur.
Lancet-E kompleksinin ilk xarici təqdimatı sentyabrın 25-də baş tutacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.