BAKI, 23 sentyabr — Sputnik. "ADEX 2024" beynəlxalq müdafiə sənayesi sərgisində "Rosoboroneksport" ilk dəfə olaraq xaricdə dronlara (PUA) qarşı ən yeni radioelektron mübarizə sistemlərini nümayiş etdirəcək. Bu barədə şirkətin baş direktoru Aleksandr Mixeyev bildirib.
"Rosoboroneksport" ("Rostex" dövlət korporasiyasına daxildir) sentyabrın 24-dən 26-dək Bakıda (Azərbaycan) keçiriləcək "ADEX 2024" beynəlxalq müdafiə sənayesi sərgisində birgə Rusiya ekspozisiyasını təşkil edəcək. Sərgidə Rusiyanın 12 şirkəti iştirak edəcək. Onlar bütün növ silahlı qüvvələr, polis və terrorla mübarizə bölmələri üçün məhsullar təqdim edəcəklər.
"ADEX 2024" sərgisində "Rosoboroneksport" döyüş sınaqlarından keçmiş və ən çox tələb olunan müasir silah nümunələrini nümayiş etdirəcək. Onların arasında Rusiyadan kənarda ilk dəfə olaraq və PUA-lara qarşı ən yeni radioelektron mübarizə sistemləri təqdim ediləcək. Təqdim etdiyimiz həllər region dövlətlərinin təhlükəsizliyinə qarşı bütün xarici və daxili təhdidlərdən müdafiəni təmin edir", - Mixeyev bildirib.
İlk dəfə olaraq xaricdə sərgilənən kiçik ölçülü RP-377VM1 maneə ötürücüsü (icra variantı 4) həm mina partlayıcı qurğuların radionəzarət kanallarının qarşısının alınması rejimində, həm də kommersiya PUA-larının idarəetmə kanallarının və peyk naviqasiyasının qarşısının alınması rejimində işləməyə qadir olan ən yeni universal radioelektron mübarizə sistemidir.
Qeyd olunur ki, RP-377VM1 (icra variantı 4) real döyüş şəraitində sınaqdan keçirilib, avtomobil və zirehli tank texnikasının mühafizəsində yüksək effektivlik nümayiş etdirib.
"Rosoboroneksport" həmçinin PUA vasitələrinin seqmentində "RB-504P-E məhsulunu" nümayiş etdirəcək, bu da PUA-ların rabitə və naviqasiya kanallarını, o cümlədən avtomatik rejimdə onları aşkar etməyə və basdırmağa imkan verir. Bu nümunə dron dəstələrinə qarşı çıxmaq üçün həm sektor, həm də çox istiqamətli radioelektron maneələri təmin edir", - "Rosoboroneksport" qeyd edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.