MƏDƏNİYYƏT

Qazaxıstanda Azərbaycan Mədəniyyət Günləri başlayır

2023-cü ilin dekabrında Bakıda Azərbaycan Respublikasında Qazaxıstan Respublikası Mədəniyyət Günləri keçirilib.
Sputnik
BAKI, 23 sentyabr — Sputnik. Qazaxıstan paytaxtında sentyabrın 23-dən 26-dək Azərbaycan Mədəniyyət Günləri keçiriləcək.
Sputnik Azərbaycan Qazaxıstan Mədəniyyət Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, sentyabrın 24-də "Füzuli-530" kitabının təqdimatı və etnocaz konserti olacaq.
Sentyabrın 25-də isə Qazaxıstan və Azərbaycan milli kitabxanaları arasında əməkdaşlığa dair Memorandumun imzalanması mərasimi, Elmira Axundovanın kitabının təqdimatı, habelə "Azərbaycan mədəniyyətinin inciləri" sərgisinin açılışı və rəqs ansamblının konserti təşkil ediləcək.
Sentyabrın 26-da müasir Azərbaycan incəsənəti haqqında leksiya keçiriləcək. Azərbaycan Mədəniyyət Günlərinin əsas hadisəsi həmin gün K.Kuanışbayev adına Milli Musiqili Dram Teatrında olacaq. Buradakı qala-konsertdə Azərbaycanın tanınmış incəsənət ustaları çıxış edəcəklər.
Qeyd edək ki, 2023-cü ilin dekabrında Bakıda Azərbaycan Respublikasında Qazaxıstan Respublikası Mədəniyyət Günləri keçirilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.