Qarabağın dirçəlişi və reinteqrasiyası

Qarabağ Universitetində ilk dərs keçirildi-FOTO

Rektor tələbələrin universitetin və bütövlükdə regionun inkişafında fəal rol oynayacağını qeyd edib.
Sputnik
BAKI, 23 sentyabr — Sputnik. Bu gün Qarabağ Universitetində ilk dərs keçirilib. Sputnik Azərbaycan-ın Universitetə istinadən xəbərinə görə, rektor Şahin Bayramov Qarabağ Universitetinin ilk tələbələrini salamlayaraq yeni tədris ilini açıq elan edib.
Rektor tələbələrə yeni dərs ilində uğurlar arzulayaraq bildirib ki, burada təhsil alan gənclər Qarabağ Universitetinin ilk tələbəsi olmaqla, həm də Qarabağ Universitetinin ilk məzunu olmaq şansını qazanıblar.
Qarabağ Universitetində ilk dərs
O qeyd edib ki, tələbələr universitetin və bütövlükdə regionun inkişafında fəal rol oynayacaqlar.
Qeyd edək ki, Qarabağ Universitetinə qəbul olan tələbələrdən 101 nəfəri 600-dən, 385 nəfəri isə 500-dən çox bal toplayıb. Ən yüksək nəticə 683,8 balla Hüquqşünaslıq ixtisası üzrə qeydə alınıb. Olimpiada qalibi olan bir abituriyent universitetin Elektrik və elektronika mühəndisliyi ixtisasına müsabiqədənkənar qəbul edilib. Ümumilikdə, Qarabağ Universitetinə I-IV ixtisas qrupları üzrə orta qəbul balı 467,6 təşkil edib.
Qarabağ Universitetində ilk dərs
Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 20-də Xankəndi şəhərində Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Qarabağın dirçəlişi və reinteqrasiyası
Şuşa Real Məktəbi universitet və kollec səviyyəsində fəaliyyət göstərəcək