AZƏRBAYCAN XƏBƏRLƏRİ

Milli Məclis komitələrinin sədrləri və müavinləri müəyyənləşib

Milli Məclisin sədri Sahibə Qafarova komitə sədrliyinə namizədlikləri irəli sürülən deputatların adlarını oxuyub.
Sputnik
BAKI, 23 sentyabr — Sputnik. Milli Məclis komitələrinin sədrləri və müavinləri seçilib.
Milli Məclisin sədri Sahibə Qafarova komitə sədrliyinə namizədlikləri irəli sürülən deputatların adlarını oxuyub.
Məsələ səsverməyə qoyularaq qəbul edilib.
Əli Hüseynli Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin,
Arzu Nağıyev Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin,
Zahid Oruc İnsan hüquqları komitəsinin,
Sadiq Qurbanov Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin,
Azər Əmiraslanov İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin,
Tahir Rzayev Aqrar siyasət komitəsinin,
Musa Quliyev Əmək və sosial siyasət komitəsinin,
Siyavuş Novruzov Regional məsələlər komitəsinin,
Anar İsgəndərov Elm və təhsil komitəsinin,
Polad Bülbüloğlu Mədəniyyət komitəsinin,
Səməd Seyidov Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin,
Əhliman Əmiraslanov Səhiyyə komitəsinin,
Hicran Hüseynova Ailə, qadın və uşaq məsələləri komitəsinin,
Şahin İsmayılov Gənclər və idman komitəsinin,
Fazil Mustafa İctimai birliklər və dini qurumlar komitəsinin sədrləri təsdiq ediliblər.
Sonra komitə sədrlərinin müavinləri də təsdiqlənib.
Bununla da yeddinci çağırış Milli Məclisin birinci iclası başa çatıb.
Xatırladaq ki, sentyabrın 21-də Konstitusiya Məhkəməsi Plenumunun xüsusi Konstitusiya icraatı üzrə iclasında VII çağırış Milli Məclisə keçirilmiş seçkilərin nəticəsi təsdiqlənib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.