RUSİYA

Lavrov BMT Baş Assambleyasında bir çox ikitərəfli və çoxtərəfli görüşlər keçirəcək

Sentyabrın 10-da Nyu-Yorkda BMT Baş Assambleyasının 79-cu sessiyası işə başlayıb.
Sputnik
BAKI, 23 sentyabr — Sputnik. Rusiyanın xarici işlər naziri Sergey Lavrov Nyu-Yorkda BMT Baş Assambleyasının yüksək həftəsi çərçivəsində bir çox ikitərəfli və çoxtərəfli görüşlər keçirəcək.
Bu barədə Rusiyanın Ümumdünya Təşkilatındakı daimi nümayəndəsinin birinci müavini Dmitri Polyanski "RİA Novosti"yə müsahibəsində bildirib.

"Cənab Lavrovun iştirak edəcəyi çoxlu ikitərəfli və çoxtərəfli görüşlər var", - Polyanski bildirib.

Nazir əlavə edib ki, Rusiya nümayəndə heyəti yüksək həftə ərzində çoxtərəflilik və beynəlxalq hüquq məsələlərini irəli sürəcək.
Xatırladaq ki, sentyabrın 10-da Nyu-Yorkda BMT Baş Assambleyasının 79-cu sessiyası işə başlayıb. Baş Assambleyanın sessiyalarının əsas hadisəsi ənənəvi olaraq yüksək səviyyəli həftədir.
Bu, dövlət başçılarının və nazirlərin hər il bir araya gələrək aktual məsələlərlə bağlı çıxış etdikləri tədbirdir. İllik debatlar sentyabrın 24-dən 28-dək, həmçinin sentyabrın 30-da keçiriləcək. Rusiya nümayəndə heyətinə xarici işlər naziri Sergey Lavrov başçılıq edəcək. Onun çıxışı sentyabrın 28-də gözlənilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.