AZƏRBAYCAN XƏBƏRLƏRİ

Gələn ildən minimum əməkhaqqı və minimum pensiya yenə də artırılacaq - Prezident

Dövlətimizin başçısı bildirib ki, son beş il ərzində Azərbaycanda minimum əməkhaqqı 2,7 dəfə, minimum pensiya 2,5 dəfə artıb.
Sputnik
BAKI, 23 sentyabr — Sputnik. İqtisadi sahədə bu ilin göstəriciləri, hesab edirəm ki, müsbətdir. Səkkiz ayda iqtisadiyyat 4 faizdən çox artıb. Qeyri-neft sektorunda 7 faiz olub.
Bu sözləri Prezident İlham Əliyev VII çağırış Milli Məclisin ilk iclasındakı çıxışında söyləyib.
Son beş il ərzində Azərbaycanda minimum əməkhaqqının 2,7 dəfə, minimum pensiyanın 2,5 dəfə artdığını deyən dövlətimizin başçısı qeyd edib:

"Onu da bildirməliyəm ki, artıq göstəriş verildi ki, gələn ildən minimum əməkhaqqı və minimum pensiya yenə də artırılacaq".

İlham Əliyev, arxiv
Xatırladaq ki, minimum aylıq əməkhaqqının məbləği 2023-cü il yanvarın 1-dən 345 manat müəyyən edilib. Minimum aylıq əmək pensiyasının məbləği 2023-ci il fevralın 1-dən 280 manata çatdırılıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.