BAKI, 23 sentyabr — Sputnik. Energetika naziri Pərviz Şahbazov Almaniyaya səfər edib. Nazir 24 sentyabr tarixində Hamburq şəhərində keçiriləcək "Wind Energy Hamburg" tədbirində iştirak edəcək.
Bu barədə Energetika Nazirliyindən məlumat verilib.
Məlumata görə, tədbirdə Avropa ölkələrindən olan rəsmilər, "WindEurope", "Nordex Group", "Landwind Group", "Enterprise Singapore" və külək enerjisi sahəsində fəaliyyət göstərən digər şirkətlərin nümayəndələrinin iştirakı gözlənilir.
Energetika nazirinin tədbirin açılış sessiyasında "İnvestisiyalar və qlobal əməkdaşlıq" mövzusunda və "Enerji keçidi" adlı sessiyada "Azərbaycanın yaşıl enerji ixracı strategiyası" mövzusunda çıxışları nəzərdə tutulur.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.