BAKI, 23 sentyabr — Sputnik. Avropa yeni təhlükəsizlik arxitekturasını yenidən qurmalıdır. Bunun üçün dünyadakı dəyişikliklər fonunda çox səy tələb olunacaq. "Ria Novosti" xəbər verib ki, bunu Rusiya Federasiyası prezidentinin mətbuat katibi Dmitri Peskov Fransa Prezidenti Emmanuel Makronun Avropanın yeni bir təşkilat forması haqqında düşünmək ehtiyacı ilə əlaqədar Avropa ilə Rusiya arasındakı münasibətləri yenidən düşünmək barədə açıqlamasını şərh edərkən bildirib.
"Aydındır ki, Avropanın təhlükəsizlik arxitekturası da sürətlə dəyişdiyinə görə, ümumiyyətlə, Avropanın yeni təhlükəsizlik arxitekturası qurulmalıdır. Bütün beynəlxalq münasibətlər sistemi dəyişir. Buna görə gələcəkdə bu, çox səy tələb edəcək" - Peskov jurnalistlərə bildirib.
İyul ayında Rusiya Prezidenti Vladimir Putin, "qarşı tərəfin" Rusiya üçün dönməz və məqbul addımlara razılığı olmadan Ukraynada atəşkəsin mümkün olmadığını bəyan etmişdi. O, vurğulamışdı ki, Rusiya Federasiyası düşmənin mövqelərini yaxşılaşdırmaq və gücünü bərpa etmək üçün atəşkəsdən istifadə etməyə imkan verə bilməz.
Bazar günü isə Parisdə keçirilən beynəlxalq sülh konfransında Makron deyib ki, Avropa Aİ və NATO ilə məhdudlaşmayaraq öz coğrafi reallığını nəzərə almalı və gələcəkdə Rusiya ilə münasibətlərə, eləcə də qitədə sülhə yenidən baxmalıdır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.