PAYTAXT XƏBƏRLƏRİ

8 Noyabr prospektində son vəziyyət açıqlandı

Qeyd olunan kəsişmədən Xəqani Rüstəmov küçəsinə kimi isə mərkəz istiqamətində məhdudiyyət qoyulduğundan prospektdə əks istiqamət üzrə ikitərəfli hərəkət təmin edilib.
Sputnik
BAKI, 23 sentyabr — Sputnik. Aparılan təmir işləri ilə əlaqədar Xətai rayonu, 8 Noyabr prospekti Ramiz Quliyev küçəsinin kəsişməsi, mərkəz istiqamətində avtomobillərin hərəkətinə qoyulan məhdudiyyət qismən aradan qaldırılıb.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.
Bildirib ki, hazırda prospektin Ramiz Quliyev küçəsi ilə kəsişməsindən 7-ci Dairəvi küçəsi ilə kəsişməyə qədər ("Bravo" marketin yaxınlığı) nəqliyyat vasitələrinin hərəkəti bərpa olunub.
Qeyd olunan kəsişmədən Xəqani Rüstəmov küçəsinə kimi isə mərkəz istiqamətində məhdudiyyət qoyulduğundan prospektdə əks istiqamət üzrə ikitərəfli hərəkət təmin edilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.