RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı

Zelenski münaqişədə özünün "son kartı" ilə oynamaq istəyir

Ukrayna lideri orduda insan qıtlığından və əsgərlər arasında əhval-ruhiyyənin aşağı düşməsindən, eləcə də münaqişə ilə bağlı vəziyyətin onun əleyhinə çevrilməyə başladığından xəbərdardır.
Sputnik
BAKI, 22 sentyabr — Sputnik. Ukrayna Prezidenti Vladimir Zelenski münaqişədə "son kartı" ilə oynamağa çalışaraq NATO ölkələrinin münaqişədə birbaşa iştirakına çalışır.
Bu barədə Fransanın "Valeurs Actuelles" jurnalı yazıb.
Qeyd olunub ki, Ukrayna lideri orduda insan qıtlığından və əsgərlər arasında əhval-ruhiyyənin aşağı düşməsindən, eləcə də münaqişə ilə bağlı vəziyyətin onun əleyhinə çevrilməyə başladığından xəbərdardır.
Nəşr dəqiqləşdirib ki, Qərbdən Ukraynaya "silah tədarükü spiralının" məqsədi (Rusiya ərazisinə hücumlar üçün) Zelenskinin istəyini yerinə yetirmək - NATO dövlətlərinin öz qoşunlarını göndərməsidir.
Keçmiş ABŞ kəşfiyyatçısı Skott Ritterin daha əvvəl ifadə etdiyinə görə, Şimali Atlantika Alyansı artıq Rusiyanın döyüşməyi öyrənmədiyi silahlara sahib deyil.