DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Stoltenberq: NATO ölkələri Ukraynanın alyansa üzvlüyü ilə bağlı razılığa gələ bilməyiblər

Şimali Atlantika Alyansında Ukraynanın ona qoşulması məsələsində vahid mövqe yoxdur.
Sputnik
BAKI, 22 sentyabr — Sputnik. Şimali Atlantika Alyansında Ukraynanın ona qoşulması məsələsində vahid mövqe yoxdur. Ona görə də ölkəyə dəvət göndərmək mümkün deyil.
Bunu NATO-nun baş katibi Yens Stoltenberq bildirib.
"Müttəfiqlərin yekdil razılığı olmadan Ukraynanı alyansa qoşulmağa dəvət etmək olmaz. Bu qərar konsensus tələb edir. Konsensus isə, bizdə hələ ki, yoxdur" - o, "Foreign Policy" saytında dərc olunan müsahibəsində deyib.
Bundan əvvəl Belarus Təhlükəsizlik Şurasının dövlət katibi Aleksandr Volfoviç bildirmişdi ki, Qərbdə ictimai rəyi öyrənmək üçün Ukraynanın hissə-hissə NATO-ya mümkün qəbulu ilə bağlı təkliflər səslənməyə başlayıb.
Xatırladaq ki, ABŞ senatoru Rand Paul hesab edir ki, NATO-nun Ukraynaya alyansa üzv olmaq vədi ən pis həll yoludur. O vurğulayıb ki, digər ölkələrin alyansa dəvət edilməsi blokun hazırkı üzvlərinin təhlükəsizliyini yaxşılaşdıracağı təqdirdə baş verə bilər.