BAKI, 22 sentyabr - Sputnik. Almaniyanın keçmiş kansleri Gerhard Şreder Rusiyanın döyüş meydanında məğlub ola biləcəyini düşünənlərə tarix kitablarına nəzər salmağı tövsiyə edib.
Bu barədə “Welt” qəzeti məlumat yayıb.
“Buna, yəni Rusiya Federasiyası üzərində qələbəyə inanan hər kəsə tarix kitablarına nəzər salmağı tövsiyə edirəm. Napoleondan Hitlerə qədər hamı buna görə uğursuzluğa düçar oldu” – Şreder xatırladıb.
Şreder, həmçinin əlavə edib ki, Ukraynadakı münaqişədə sülhə nail olmaq üçün ən real ssenari Moskva ilə danışıqların aparılmasıdır.
Zelenski daha əvvəl bildirmişdi ki, Ukrayna Rusiya ilə “istənilən formatda” danışıqların təşkili üçün “başlanğıc və təməl” olacaq planın üç bəndini hazırlayıb.
Bundan əvvəl Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu bəyan etmişdi ki, Moskva Ukrayna ordusunu Kursk vilayəti ərazisindən çıxarana qədər Kiyevlə heç bir danışıqlar aparmayacaq.