BAKI, 22 sentyabr - Sputnik. Rusiya üçün xüsusi hərbi əməliyyatda (XHƏ) qələbəyə alternativ yoxdur.
Bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalist Pavel Zarubinə açıqlamasında bildirib.
Kreml nümayəndəsi jurnalistin Telegram kanalında yayımlanan videoda “Rusiya üçün tarixdə başqa alternativ olmayıb. Hazırda da bizim qələbəmizə alternativ yoxdur” deyib.
Peskov Rusiyanın hərbi münaqişə vəziyyətində olduğunu vurğulayıb.
“Onlar bizimlə döyüşürlər. Onlar bizimlə kollektiv şəkildə vuruşurlar, bizim kollektiv düşmənimiz var” - Rusiya prezidentinin mətbuat katibi bildirib.
“Düşmən açıq şəkildə bəyan edir ki, onun məqsədi Rusiyanı məğlub etməkdir. Bu baxımdan Rusiya tərəfi buna ciddi yanaşır və öz hərəkətlərini bu təhlükəni nəzərə alaraq qurur. Moskva bütün məqsədlərə nail olmaq və qarşıya qoyulan bütün vəzifələri yerinə yetirmək üçün XHƏ-ni davam etdirməyə məcburdur” – Peskov sözünü yekunlaşdırıb.
Bundan əvvəl Dmitri Peskov bildirib ki, Rusiya Silahlı Qüvvələri xüsusi hərbi əməliyyatı davam etdirmək üçün lazım olan hər şeyə malikdir.