HADİSƏ

​​​​​​​İranda kömür mədənindəki partlayışda ölənlərin sayı 50 nəfəri ötüb

Təbəsdəki şaxtada baş vermiş insident nəticəsində ölənlərin sayı 51 nəfərə çatıb, daha 20 nəfər yaralanıb.
Sputnik
BAKI, 22 sentyabr - Sputnik. İranın şərqindəki Cənubi Xorasan ostanının Təbəs şəhərində kömür mədənində baş vermiş partlayış nəticəsində ölənlərin sayı 50 nəfəri ötüb.
Bu barədə “Report” xəbər verir.
Təbəsdəki şaxtada baş vermiş insident nəticəsində ölənlərin sayı 51 nəfərə çatıb, daha 20 nəfər yaralanıb.
Qeyd olunub ki, hadisə yerində xilasetmə işləri davam edir.
Mədənin 250 m dərinliyində partlayışa səbəb tunellərdə metan qazının cəmləşməsi olub.
Hazırda xilasetmə işləri hər biri beş nəfərdən ibarət səkkiz ixtisaslaşdırılmış qrup tərəfindən həyata keçirilir.