BAKI, 21 sentyabr - Sputnik. “Comex” birjasında 2024-cü ilin dekabr ayında tədarük ediləcək qızıl fyuçersinin qiyməti gün ərzində ikinci dəfə tarixi maksimumu yeniləyərək troya unsiyası üçün 2 650 dollardan yuxarı səviyyədə dəyərləndirilib.
Bu barədə hərrac platformasının yaydığı məlumatda bildirilir.
Ötən gün Bakı vaxtı ilə saat 20:00-a olan məlumata görə, qızılın qiyməti troya unsiyası üçün 2650,1 dollar (+1,36 %) təşkil edib. Saat 21:12-yə fyuçersin qiyməti artımını yavaşladaraq unsiya üçün 2 647,4 dollara (+1,25 %) çatıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.