RUSİYA

Qərb Rusiyanı qarşısıalınmaz nəticələri olan münaqişəyə təhrik edir – Volodin

Qərbin uzaqmənzilli silahlarının Rusiya şəhərlərinə hücumları halında, istifadəyə hazır olan daha güclü silahlarla cavab veriləcək.
Sputnik
BAKI, 21 sentyabr - Sputnik. ABŞ Prezidenti Co Bayden, Fransa Prezidenti Emmanuel Makron və Almaniya kansleri Olaf Şolts Rusiyaya qarşı apardıqları siyasətlə qarşısıalınmaz nəticələrə səbəb olan münaqişəyə səbəb ola bilərlər.
Bunu Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin bildirib.
"Prezidentlik yarışında aradan çıxan Bayden, hər yerdə uduzan Şolts və fransızlar tərəfindən dəstəysiz qalan Makron hazırda qarşısıalınmaz nəticələrə gətirib çıxaracaq münaqişəyə səbəb ola bilərlər" - Volodin sentyabrın 18-də plenar iclasda bildirib.
Rusiya Dövlət Dumasının spikeri əlavə edib ki, buna yol vermək olmaz.
Bununla bağlı o, “bu gün nüvə fəlakətini dayandırmaq üçün hər şeyi edən” Rusiya dövlətinin başçısı Vladimir Putini dəstəkləməyə çağırıb.
“Qərbin uzaqmənzilli silahlarının Rusiya şəhərlərinə hücumları halında, istifadəyə hazır olan daha güclü silahlarla cavab veriləcək” - Volodin əlavə edib.
Yada salaq ki, Rusiya prezidenti bildirib ki, NATO ölkələri təkcə Kiyevin Qərbin uzaqmənzilli silahlarından istifadə imkanını deyil, özlərinin Ukraynadakı münaqişədə birbaşa iştiraklarını müzakirə edirlər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.