BAKI, 21 sentyabr — Sputnik. Sentyabrın 21-də Bakıda və Abşeron yarımadasında tutqun hava şəraiti üstünlük təşkil edəcək. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, səhər bəzi yerlərdə arabir yağış yağacağı, gündüz dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu 22-25° isti olacaq. Atmosfer təzyiqi 762 m civə sütunu təşkil edəcək. Nisbi rütubət 50-55% olacaq.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qara keçəcəyi ehtimalı var.
Axşam əksər rayonlarda yağıntılar tədricən kəsiləcək. Səhər bəzi dağlıq və dağətəyi rayonlarda duman olacaq. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu 23-27° isti, dağlarda 10-15° isti olacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.