BAKI, 20 sentyabr — Sputnik. Ermənistan hakimiyyəti Rusiya ilə siyasi dialoqu və qurumlararası əməkdaşlığı məhdudlaşdırmağa başlayıb. Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.
"İqtisadiyyat insanların, şirkətlərin, bizneslərin əlaqələrin yaxınlaşmasında və möhkəmlənməsində maraqlıdır, lakin nədənsə siyasi üstqurum bunun tam əksini edir. Rusiya tam formatlı əməkdaşlığın bərpasında, manipulyativ ritorikadan tamhüquqlu qarşılıqlı əlaqəyə qədər keçiddə maraqlıdır", - Zaxarova bildirib.
Zaxarova qeyd edib ki, İrəvanın ritorikasından belə bir təəssürat yaranır ki, Aİİ və KTMT-yə eyni ölkələr daxil deyil, çünki bu birliklərin onurğa sütunu eynidir (yalnız Tacikistan Aİİ-yə daxil deyil - red.).
Onun fikrincə, KTMT ilə bağlı dezinformasiyanın Ermənistanda müəyyən siyasi qüvvələr tərəfindən qəsdən yayıldığı görünür və KTMT-nin Ermənistanı müdafiə etməməsi ilə bağlı deyilənlər doğru deyil.
"Ola bilsin ki, bu bəhanə ilə (təşkilatın Ermənistanı müdafiə etməkdən imtina etməsi) ölkə rəhbərliyinin Rusiya ilə siyasi dialoqu məhdudlaşır və İrəvan bu əməkdaşlığı daim azaldır. Bunu əksinə olaraq, Ermənistan sürətlə Qərbə yaxınlaşmağa başlayıb", - Xarici İşlər Nazirliyinin sözçüsü bildirib.
Diplomat əlavə edib ki, Qərb Ermənistanın beynəlxalq siyasətinə təzyiq göstərməyə çalışır və bunu Qərb rəsmilərinin Ermənistanı Rusiyadan qoparmaq cəhdləri ilə bağlı bəyanatları da təsdiqləyir.
Bundan əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan yenidən KTMT-ni ittiham edərək, təşkilatı "Ermənistanın suverenliyinə təhlükə" adlandırıb. Eyni zamanda baş nazir bildirib ki, İrəvan Rusiya və Aİİ ilə iqtisadi əlaqələri kəsmək fikrində deyil.
Qeyd edək ki, 2023-cü ildə Ermənistanla Rusiya Federasiyası arasında ikitərəfli ticarət dövriyyəsi rekord həddə - 7,4 milyard dollar təşkil edib, bu ilin birinci yarısında isə bu rəqəm 8,4 milyard dollara yüksəlib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.