BAKI, 20 sentyabr — Sputnik. Türkiyədə "3+3" formatında xarici işlər nazirlərinin görüşü hazırlanır. Görüşün tarixi daha sonra məlum olacaq. Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.
"3+3" formatında keçiriləcək görüş Rusiya, İran, Ermənistan, Azərbaycan, Türkiyə və Gürcüstanın iştirakını nəzərdə tutur.
İlk belə görüş 2021-ci ilin dekabrında Moskvada nazirlər səviyyəsində deyil, Rusiya Federasiyası, Azərbaycan, Ermənistan, Türkiyə xarici işlər nazirlərinin müavinləri və İran Xarici İşlər Nazirliyinin baş direktoru səviyyəsində keçirilib.
Jurnalistlərdən birinin brifinqdə bildirdiyinə görə, daha əvvəl İranın Ermənistandakı səfiri Türkiyədə "3+3" formatında xarici işlər nazirlərinin görüşünün vaxtının artıq müəyyənləşdiyini dilə gətirib.
"Ankarada belə bir görüş hazırlanır", - Zaxarova xarici işlər nazirlərinin Ankarada "3+3" formatında mümkün görüşü ilə bağlı sualı cavablandırıb.
Onun sözlərinə görə, görüşün tarixi daha sonra digər ölkələrlə razılaşdırılaraq açıqlanacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.