CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Tarixdə bu gün: 20 sentyabr – FOTO

Bu gün müxtəlif illərdə dünyada və ölkədə baş verən hadisələr barədə Sputnik Azərbaycan-ın icmalında oxuyun.
Sputnik
BAKI, 20 sentyabr — Sputnik. Sentyabrın 20-də bir çox dünya şöhrətli aktyorlar, alimlər, idmançılar, yazıçılar və siyasətçilər dünyaya gəlib. Bu gün həmçinin tarixə düşən hadisələr də baş verib.
Sentyabrın 20-də kimlər anadan olub?
Sofi Loren (1934) - dünyaca məşhur italyan kino aktrisası və müğənnisidir. O, Hollivudun "Qızıl Dövrünün" ən böyük ulduzlarından biri hesab olunur və Amerika Film İnstitutu tərəfindən ABŞ kino tarixinin 100 ən böyük qadın ulduzu siyahısında 21-ci yerdə qərarlaşdırılıb.
Sofi Loren
Katya Lel (1974) - rusiyalı müğənni və mahnı müəllifidir. O, məşhur "Moy marmeladnıy", "Oqni", "Ya po tebe skuçayu", "Doletay" və s. mahnıların ifaçısıdır.
Katya Lel
Aziya Arcento (1975) - italiyalı aktrisa, kinorejissor, ssenarist, yazıçı və müğənnidir. O, "Kraliça Marqo", "Travma" və s. filmlərdə rol alıb.
Asiya Arcento
Həbib Nurməhəmmədov (1988) – Avar əsilli Rusiyanın qarışıq döyüş sənəti iştirakçısı, iki dəfə sambo üzrə dünya çempionudur O, "UFC" turnirindəki bacarığına görə ən yaxşı döyüşçülər siyahısında 8-ci yerə layiq görülüb. Döyüşçü Rusiya çempionatının finalçısı və kubokun qalibidir.
Həbib Nurməhəmmədov
20 sentyabr tarixində dünyada baş verən tarixi hadisələr
1792-ci ildə Fransada boşanmağa icazə verilib.
1878-ci ildə Rusiya İmperiyasında (Sankt-Peterburqda) qadınlar üçün ilk ali təhsil müəssisələri açılıb.
1954-cü ildə "Fortran" - ədədi üsullar və elmi hesablamalar üçün istifadə edilən ilk proqramlaşdırma dili tərtib edilib və işə salınıb.
2000-ci ildə Tayvan hakimiyyəti məşhur CIH kompüter virusunun yaradıcısı 25 yaşlı Çen İn-Haonu həbs edib.
2024-cü ildən etibarən Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri Günü qeyd olunacaq.