CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Sabahın hava proqnozu açıqlandı

Axşam əksər rayonlarda yağıntılar tədricən kəsiləcək.
Sputnik
BAKI, 20 sentyabr — Sputnik. Bakıda və Abşeron yarımadasında sentyabrın 21-də günün birinci yarısında arabir yağış yağacağı gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, səhər yarımadanın bəzi yerlərində leysan xarakterli olacağı ehtimalı var.
Azərbaycanın rayonlarında sentyabrın 22-si axşamadək fasilələrlə yağıntılı hava şəraiti davam edəcək. Bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə (Naxçıvan MR, Qarabağ və Şərqi-Zəngəzur, Qazax-Gəncə, Balakən-Şəki, Quba-Qusar, Dağlıq Şirvan, Mərkəzi aran, Lənkəran-Astara) leysan xarakterli olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qara keçəcəyi ehtimalı var.
Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimalı var.
20.09.24, 16:03
Sentyabrın 21-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında tutqun hava şəraiti üstünlük təşkil edəcək.
Gecə və səhər bəzi yerlərdə arabir yağış yağacağı, gündüz dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 14-18° isti, gündüz 22-25° isti olacaq. Atmosfer təzyiqi 762 m civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-80%, gündüz 50-55% olacaq.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qara keçəcəyi ehtimalı var. Axşam əksər rayonlarda yağıntılar tədricən kəsiləcək. Gecə və səhər bəzi dağlıq və dağətəyi rayonlarda duman olacaq. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 14-18° isti, gündüz 23-27° isti, dağlarda gecə 5-10° isti, gündüz 10-15° isti olacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.