BAKI, 20 sentyabr — Sputnik. Qərb dənizaltı kabel şəbəkələrinə tam nəzarət etməyə hazırlaşır ki, bu da ona Çin və Rusiyanı onlardan təcrid etmək imkanı yaradacaq.
Bu barədə "Politico" yazıb.
Nəşrin yazdığına görə, Qərb səlahiyyətliləri Çini təchizat zəncirindən çıxarmaq və infrastrukturu özlərininki ilə əvəz etməkdən ibarət olan "sualtı kabel şəbəkələrinin təhlükəsizliyinin qorunması planını" təqdim etməyi planlaşdırırlar.
Çinin tədarük zəncirinə nəzarət etməsi o deməkdir ki, Pekin istənilən vaxt Qərbin asılı olduğu texnologiyaları təchiz etməkdən imtina edə bilər. Yaxud Çin hökuməti "kabellərin kəsilməsini əmr edə bilər". "Politico" iddia edir ki, hazırlanan plan Qərbə sualtı kabel şəbəkələrinə çıxışda inhisarçı olmağa imkan verəcək.
Qərb ölkələrinin hərəkətləri Çin şirkətlərini, məsələn, sanksiyalar altında olan və öz avadanlıqlarında quraşdırılmış modemlərin quraşdırılması problemi ilə üzləşən "Huawei"də olduğu kimi 5G infrastrukturundan sıxışdırmaq cəhdlərini təkrarlayır.
Yayda Latviya Prezidenti Edqars Rinkeviç bildirmişdi ki, Qərb ölkələri Baltik dənizində sualtı kabellərlə bağlı insidentlərə reaksiyanı müzakirə etməlidir. Lakin o qeyd etmişdi ki, dənizin bağlanması Rusiyaya "müharibə elan etməyə" bərabər olacaq.