BAKI, 20 sentyabr — Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 20-də Xankəndi şəhərində Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib. Sputnik Azərbaycan xəbər verir ki, bu dəqiqələrdə dövlət başçısı Qarabağ Universitetinin müəllim və tələbə heyəti ilə görüşür.
İlham Əliyev həmçinin Xankəndi şəhərində Qarabağ Universitetinin tələbə yataqxanasının təmirdən sonra açılışında da iştirak edib.
Qeyd edək ki, Qarabağ Universitetində tədris sentyabrın 23-dən etibarən başlayacaq. İlk tədris ilində ali təhsi ocağında 1104 tələbə təhsil alacaq.
Xatırladaq ki, Prezident İlham Əliyev noyabrın 28-də Xankəndidə Qarabağ Universitetinin yaradılması barədə sərəncam imzalayıb.
Mayın 22-də Qarabağ Universitetinin rektoru vəzifəsinə təyin edilmiş Şahin Bayramov Elm və Təhsil Nazirliyinin heyətinə təqdim olunub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.