CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"MilliÖn" və "E-manat"-dan kredit ödənişlərində 1 faiz komissiyanı kim tutur?

Şirkət tutulan komissiya haqqının ödəniş qəbzlərində öz əksini tapmamasına da münasibət bildirib.
Sputnik
BAKI, 20 sentyabr — Sputnik. "Kredit ödənişləri zamanı "MilliÖn" "E-manat" ödəniş terminallarında 1 % komissiya haqqının tutulması bankların tələbidir. Bu qayda "MilliÖn" tərəfindən tətbiq edilmir". Bunu Sputnik Azərbaycan-ın sorğusuna cavabda "MilliÖn" şirkəti bildirib.
Qeyd edək ki, artıq bir neçə gündür ki, sosial şəbəkələrdə "MilliÖn" və "E-manat" ödəniş terminallarında ödəniş edən zaman 1% komissiya haqqının tutulduğu barədə məlumat yayılıb. Xəbərlərdə bildirilir ki, kredit ödənişlərində komissiya haqqı tutulur. Amma bu, qəbzlərdə göstərilmir.
"MilliÖn" şirkəti Sputnik Azərbaycan-ın sorğusuna cavabda 1 % komissiya haqqının tutulduğunu təsdiqləyib. Lakin, şirkətdən bildirilib ki, bu, banklardan asılı bir məsələdir.
Tutulan komissiya haqqının ödəniş qəbzlərində öz əksini tapmamasına gəlincə, şirkətdən bildirilib ki, komissiya haqqının tutulduğu monitorda əks olunur. Komissiyanın qəbzlərdə əks olunmaması ilə müvəqqətidir və tezliklə həyata keçiriləcək. Proses yeni tətbiq olunduğu üçün bu biraz vaxt alır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.