RUSİYA

Doğumun artımına mane olan hər şey yox edilməlidir - Peskovdan təklif

Kremlin sözçüsü bildirib ki, demoqrafik problem Rusiyanın qarşısında duran əsas problemlərdən biridir.
Sputnik
BAKI, 20 sentyabr — Sputnik. "Uşaqsızlıq" hərəkatını qadağan etmək təklifləri fonunda doğum sayının artmasına mane olan hər şey rusiyalıların həyatından silinməlidir. Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə deyib.

"Rusiyada doğum səviyyəsini artırmaq üçün lazım olan hər şey edilməlidir və buna mane olan hər şey, əlbəttə ki, bizim həyatımızda yoxa çıxmalıdır", - Kreml rəsmisi qeyd edib.

Sentyabrın 19-da Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko deyib ki, Rusiyada "uşaqsızlıq" (childfree — uşaqlardan azad) hərəkatı qanuni olaraq qadağan edilməlidir və bu, Ədliyyə Nazirliyində və ekspertlər səviyyəsində müzakirə olunur, lakin dövlət məcburi doğuşu təşviq etməyəcək.
Peskov bildirib ki, demoqrafik problem Rusiyanın qarşısında duran əsas problemlərdən biridir, doğum səviyyəsinin artırılması əsas prioritetlərdəndir.
"Demoqrafik problem bizim üzləşdiyimiz əsas problemlərdən biridir və təbii ki, doğum səviyyəsinin artırılması bütün hökumətin və ölkənin qarşısında duran əsas prioritetlərdən biridir", - Rusiya prezidentinin mətbuat katibi vurğulayıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.