DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Çjou Li: ABŞ həmişə bütün müharibələrin gərginləşməsinə səbəb olub

Ekspert bildirib ki, ABŞ-ın həmişə bütün müharibələri intensivləşdirən tərəf olduğunu söyləmək heç də mübaliğə olmaz.
Sputnik
BAKI, 20 sentyabr — Sputnik. ABŞ həmişə dünyada bütün hərbi münaqişələrin gərginləşməsinə töhfə verib. Bu barədə "RİA Novosti" Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Beynəlxalq Əlaqələr şöbəsinin sabiq rəis müavini Çjou Linin "Tayhe" beynəlxalq forumunda çıxışı zamanı söylədiklərinə istinadən xəbər verib.

"Beynəlxalq siyasi mübahisələr və hərbi münaqişələr daim yaranır, Ukrayna böhranı və Fələstin-İsrail münaqişəsi davam edir, İsraillə "Hizbullah" və Yəməndə husilərin silahlı qrupları arasında şiddətli toqquşmalar da dayanmaq bilmir", - Çjou Li bildirib.

O, qeyd edib ki, Birləşmiş Millətlər Təşkilatı (BMT) və beynəlxalq ictimaiyyət dəfələrlə müvafiq tərəfləri atəşi dayandırmağa və danışıqlara başlamağa çağırıb, "lakin hər kəs görür ki, istər Ukrayna, istərsə də Fələstin-İsrail münaqişəsi olsun, onlar nəinki zəifləməyiblər, əksinə eskalasiyaya meyllidirlər".
"Hərbi münaqişələrdə "qırmızı xətlər" təkrar-təkrar pozulduğuna görə, ABŞ-ın həmişə bütün müharibələri intensivləşdirən tərəf olduğunu söyləmək heç də mübaliğə olmaz", - ekspert bildirib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.