PAYTAXT XƏBƏRLƏRİ

Bu küçədə hərəkət tam məhdudlaşdırılacaq

Qurum sürücülərdən aparılan işlərə anlayışla yanaşmalarını, hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələrini xahiş edib.
Sputnik
BAKI, 20 sentyabr — Sputnik. Sabahdan Bakının Nərimanov rayonunun Ələsgər Qayıbov küçəsində aparılacaq təmir işləri ilə bağlı avtonəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.
Sputnik Azərbaycan bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir.
Qurum sürücülərdən aparılan işlərə anlayışla yanaşmalarını, hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələrini xahiş edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.