BAKI, 20 sentyabr — Sputnik. Brüsselin dondurulmuş Rusiya aktivlərindən Kiyevə silah üçün 1,4 milyard avro vəsait ayırması Avropa İttifaqının bütün müstəqilliyini itirməsi deməkdir. Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.
Bundan əvvəl Avropa Komissiyasının vitse-prezidenti Valdis Dombrovskis bildirmişdi ki, bu ilin avqust ayının sonunda Kiyevə hərbi yardım üçün köçürülən 1,4 milyard avro məbləğ Rusiyanın suveren aktivlərindən əldə olunan gəlirin birinci tranşıdır. bu vəsait əsasən Ukraynaya hava hücumundan müdafiə və sursat tədarükü üçün verilib.
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova, arxiv
© Sputnik / Кристина Кормилицына
/ "Artıq dəfələrlə demişik ki, Avropa İttifaqı bütün müstəqilliyini itirib. Onlar düşünmədən davranırlar. Onların ağlını əlindən alıblar və iradələri iflic olub. Bu, Rusiya ilə gərginliyi artırmağa yönəlmiş kursdur", - Zaxarova Avrasiya Qadınlar Forumu çərçivəsində keçirilən brifinqdə bildirib.
Rusiya Xarici İşlər Nazirliyi Rusiyanın Avropadakı aktivlərinin dondurulmasını oğurluq adlandırıb və qeyd edib ki, Aİ təkcə fərdi şəxslərin vəsaitlərini deyil, həm də Rusiyanın dövlət aktivlərini hədəfləyir. Rusiyanın xarici işlər naziri Sergey Lavrov Rusiyanın dondurulmuş aktivlərinin müsadirə ediləcəyi təqdirdə Qərbin məsuliyyət daşıyacağını bəyan edib.
Onun sözlərinə görə, Rusiya Federasiyasının da Qərb dövlətlərinin Rusiyada saxladığı vəsaitləri qaytarmamaq imkanı var. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Rusiya Federasiyasının xarici aktivlərindən əldə edilən gəlirlərin Kiyevə silah almaq üçün istifadə edilməsi planlarını açıqlayıb və Moskvanın bu və ya digər şəkildə cavab verəcəyi barədə xəbərdarlıq edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.