RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı

ABŞ-ın daxili təqvimi Ukrayna üzrə danışıqlarda heç bir fərq yaratmır - Ryabkov

Rusiya XİN rəhbərinin müavini deyib ki, ABŞ öz davranışlarından narahat olmalı, baş verənləri real qiymətləndirməli, xəbərdarlıqları, o cümlədən davam edən eskalasiya ilə bağlı riskləri qəbul etməlidir.
Sputnik
BAKI, 20 sentyabr — Sputnik. ABŞ-ın daxili siyasi təqvimi bizim üçün önəmli deyil, amerikalılar davranışlarını dəyişməlidirlər. Bunu Rusiya Federasiyası xarici işlər nazirinin müavini Sergey Ryabkov "RİA Novosti"yə ABŞ seçkilərindən sonra Ukrayna üzrə danışıqların perspektivlərini şərh edərkən deyib.

"Düşünürəm ki, ABŞ-ın daxili təqvimi danışıqlarda heç bir fərq yaratmır. Onlar öz davranışlarından narahat olmalı, baş verənləri real qiymətləndirməli, xəbərdarlıqlarımızı, o cümlədən davam edən eskalasiya ilə bağlı riskləri qəbul etməli və sözün əsl mənasında özlərinin bütün peyklərini və təbii ki, Kiyevdəki müştərilərini başa salmlıdır", - Ryabkov qeyd edib.

Bundan əvvəl Bloomberg agentliyi bildirib ki, Kiyevin müttəfiqləri hesab edir ki, Ukrayna üzrə razılaşmaların əldə olunması üçün ən uyğun vaxt ABŞ-da keçirilən prezident seçkiləri ilə onun andiçmə mərasimi arasındakı dövr ola bilər.
Moskva dəfələrlə danışıqlara hazır olduğunu bildirsə də, Kiyev onlara qanunvericilik səviyyəsində qadağa qoyub. Qərb Rusiyanı danışıqlara çağırır, Moskva buna hazır olduğunu göstərir, lakin eyni zamanda Qərb Kiyevin dialoqdan daim imtina etməsinə məhəl qoymur.
Əvvəllər Kreml bəyan edirdi ki, hazırda Ukraynada vəziyyətin dinc istiqamətə keçməsi üçün heç bir ilkin şərt yoxdur, Rusiya üçün mütləq prioritet xüsusi əməliyyatın məqsədlərinə nail olmaqdır, hazırda bu, yalnız hərbi yolla mümkündür. Kremlin bəyan edib ki, de-fakto vəziyyət və yeni reallıqlar nəzərə alınarsa, Moskvanın bütün tələbləri qəbul edilərsə, Ukraynadakı vəziyyət dinc istiqamətə keçə bilər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.