CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Tarixdə bu gün: 19 sentyabr – FOTO

Bu gün müxtəlif illərdə dünyada və ölkədə baş verən hadisələr barədə Sputnik Azərbaycan-ın icmalında oxuyun.
Sputnik
BAKI, 10 sentyabr — Sputnik. Sentyabrın 19-da bir çox dünya şöhrətli aktyorlar, alimlər, idmançılar, yazıçılar və siyasətçilər dünyaya gəlib. Bu gün həmçinin tarixə düşən hadisələr də baş verib.
Sentyabrın 19-da kimlər anadan olub?
Mikayıl Cabbarov (1976) - 2019-cu il oktyabrın 23-dən Azərbaycan Respublikasının iqtisadiyyat naziridir.
Mikayıl Cabbarov
Boris Qalkin (1947) - Sovet və Rusiya teatr və kino aktyoru, kinorejissor, ssenarist, teleaparıcı və RF əməkdar artistidir.
Boris Qalkin
Ceremi Ayrons (1948) - ingilis aktyorudur. O, "Oskar", "Toni", "Qızıl Qlobus", "Emmi" mükafatlarının laureatıdır. Aktyor "Kral şir", "Lolita", "Bədnam qadın" və s. filmlərdə rol alıb.
Ceremi Irons
Tviqqi (1949) - ingilis supermodeli, aktrisa və müğənnidir. Onun əsl adı Leslie Lousondur. 2018-ci ildə moda sənayesinə, incəsənətə və xeyriyyəçiliyə verdiyi töhfələrə görə "Britaniya İmperiyası" Ordeninin dama-komandanı olub.
Ali Ersan Duru (1984) - Türkiyə aktyorudur. O, daha çox "Həyat davam edir", "Diriliş: Ərtoğrul", "Sən çal qapımı", "Könlümün sultanı" və s. seriallardakı rolları ilə tanınır.
Ali Ersan Duru
19 sentyabr tarixində dünyada baş verən tarixi hadisələr
1841-ci ildə ilk beynəlxalq dəmir yolu çəkilib (Strasburq-Bazel).
1864-cü ildə ABŞ-da mexaniki tənzimlənən avtomobil oturacaqları patentləşdirilib.
1888-ci ildə Belçikanın Spa kurortunda ilk gözəllik müsabiqəsi keçirilib. Qalib 5 min frank məbləğində mükafat alan Qvadelupadan olan 18 yaşlı Berta Sukare olub.
1893-cü ildə Yeni Zelandiya seçkilərdə qadınlara səs vermək hüququ verən ilk ölkə olub.
1982-ci ildə amerikalı Skott Falman onlayn ünsiyyət zamanı emosiyaları ifadə etmək üçün "smayliklərdən" istifadə etməyi təklif edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.