Qarabağın dirçəlişi və reinteqrasiyası

Prezident İlham Əliyev Ağdam rayonunda

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 19-da Ağdam Sənaye Parkında Avtomatlaşdırma və telemexanika sistemlərinin istehsalı zavodunun açılışında iştirak edib.
Sputnik
BAKI, 19 sentyabr — Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və oğlu Heydər Əliyev sentyabrın 19-da Ağdam rayonunun Eyvazxanbəyli kəndinin təməlqoyma mərasimində iştirak ediblər.
Prezident İlham Əliyev Ağdam rayonunun Eyvazxanbəyli kəndinin təməlqoyma mərasimində iştirak edib
Prezident İlham Əliyev həmçinin sentyabrın 19-da Ağdam rayonunun Kəngərli kəndində aparılan bərpa işləri ilə tanış olub.
Prezident İlham Əliyev Ağdamın Kəngərli kəndində aparılan bərpa işləri ilə tanış olub
Prezident sentyabrın 19-da Ağdam Sənaye Parkında müxtəlif təyinatlı ayaqqabıların istehsalı, həmçinin Elektrik paylayıcı avadanlıqların, elektrik yuvalarının və beton yarımstansiyalarının istehsalı, Avtomatlaşdırma və telemexanika sistemlərinin istehsalı, Divar kağızları istehsalı və Havalandırma, yanğınsöndürmə avadanlıqları və metal məmulatları istehsalı zavodlarının açılışında iştirak edib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 19-da Ağdam şəhərində “İmarət” stadionunun da təməlini qoyub.