RUSİYA

Peskov: Rusiyanın xammal ixracına məhdudiyyət qoyması Qərbə məcburi cavab olacaq

Peskov onu da vurğulayıb ki, təbii ki, Rusiya Prezident Vladimir Putinin daha əvvəl bəyan etdiyi kimi, öz zərərinə heç bir məhdudiyyət tətbiq etməyəcək.
Sputnik
BAKI, 19 sentyabr — Sputnik. Rusiyanın strateji xammalının - uran, titan, nikelin ixracına mümkün məhdudiyyət anti-Rusiya sanksiyalarını artırmağa davam edən Qərbin hərəkətlərinə məcburi cavab olacaq.
Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
"Biz özümüzə qarşı təkcə qeyri-dostcasına deyil, həm də quldur hərəkətlərinə cavab verməliyik", - Kreml nümayəndəsi jurnalist Pavel Zarubinə müsahibəsində qeyd edib.
Peskov onu da vurğulayıb ki, təbii ki, Rusiya Prezident Vladimir Putinin daha əvvəl bəyan etdiyi kimi, öz zərərinə heç bir məhdudiyyət tətbiq etməyəcək.
"Bütün bu qərarlar, əlbəttə ki, çox, çox diqqətlə qəbul ediləcək... Bazar kifayət qədər rəqabətli və amansızdır. Bir dəfə bu mövqeləri itirdikdən sonra onları yenidən qazanmaq üçün onilliklər lazımdır" - Peskov bildirib.
Bundan əvvəl Peskov ABŞ-ın Rusiya Federasiyasına zərbələr endirmək üçün Kiyevə verdiyi icazənin Ukraynada münaqişəni davam etdirmək cəhdi olduğunu bildirmişdi.